2022-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi ilk dəfə olaraq 100 milyard manatlıq həddi keçəcək.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını - ARTIRIB
FED.az xəbər verir ki, artıq 2022-ci ilin 3-cü rübünün nəticələrinə görə ölkə iqtisadiyatı 98 milyard manatadək böyüyüb. Qalan 1 rüb ərzində isə bu göstəricinin daha da yüksələcəyi və minimum 120 milyard manatı arxada qoyacağı gözlənilir.
Bir qədər əvvəl bu pronozu Beynəlxalq Valyuta Fondu da təsdiqləyib. Fondun ekspertləri bildirib ki, 2022-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 70,1 milyard dollar (119 milyard manat), 2023-cü ildə isə 71,2 milyard dollar (121 milyard manat) səviyyəsində proqnozlaşdırır.
Fond ekspertləri 2023-cü ildə Azərbaycanda iqtismadi artımın 3,7%, 2023-cü ildə isə 2,5% olacağını bildirib. Qeyri-neft sektoru üzrə artım proqnozları isə müvafiq olaraq 2022-ci ildə 5,3%, 2023-cü ildə isə 3,6% təşkil edir.
Neft sektorunda isə azalma başlayır – fondun proqnozlarına görə, bu il Azərbaycanın neft sektorunda cüzi artım 0,7%, 2023-cü ildə isə - 0,5% enmə baş verəcək.