2020-ci ilin I rübündə Hesablama Palatasının saxlanması xərcləri 1 milyon 675,785 min manat təşkil edib.
Eləcə də bax: Dövlət satınalmalarının 39%-i ictimaiyyətdən gizlədilib – HESABLAMA PALATASI
FED.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.
2020-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 8 milyon 967,39 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 18,7%-i istifadə olunub.
Yanvar-mart aylarında vəsaitlərin əsas həcmi – 1,165 milyon manat və ya I rüb ərzində Palatanın bütün xərclərinin 69,6%-i Hesablama Palatası işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 120,329 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 75,515 min manat, ölkədaxili ezamiyyət xərcləri 16,8 min manat, xaricə ezamiyyət xərcləri 19,72 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.
İnterfaks