Hesablama Palatasına (HP) satınalan qurumlar tərəfindən təqdim edilən hesabatlara əsasən ümumilikdə 514,4 mln. manat dəyərində 1147 satınalma müqaviləsi internet portalın “bağlanmış müqavilələr haqqında məlumat” bölməsində yerləşdirilməyib.
Eləcə də bax: Hesablama Palatası dövlət qurumlarında - 561 POZUNTU AŞKARLAYIB
FED.az xəbər verir ki, bu barədə HP-nın 2019-cı il üçün hesabatında deyilir. Satınalan qurumlar müsabiqə satınalmaları üzrə yekun protokolları nəzarətçi orqana - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (ASİBNDX) təqdim edir.
Bu xidmətin məlumatına əsasən, 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqə əsaslı satınalma keçirilib. Lakin Xidmət dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirib.
Turan