Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.
Eləcə də bax: Azərbaycanın hakim partiyasının mənfəəti - 24% Azalıb
FED.az xəbər verir ki, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək.
Xatırladaq ki, həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.
Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir. (Unikal.org)