Hesablama Palatası ötən il 4 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 2 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.
Dövlətin payı olan 133 şirkətdən cəmi 11-i dividend ödəyib - ZƏRƏR İLƏ İŞLƏYİRLƏR
FED.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabada bildirilir.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun, Gənclər və İdman Nazirliyinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılması rədd edilİb, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaq davam edir.
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
Toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna
“İnnovasiya və Təchizat Mərkəzi” PHŞ
Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilmiş qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna
Dövlət Sosial Müdafiə Fondu
Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərində) da bu halın olma ehtimalı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna
Gənclər və İdman Nazirliyi
2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə “Milli Karate Federasiyası” İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi
Audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkar olunması, eyni zamanda AR Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə
Gəncə Regional Mədəniyyət İdarəsi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə