Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi barədədə məlumatlar yer alıb.
FED.az bülletenə istinadən verdiyi məlumata görə, 2020-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi üzrə 187,4 min manat, 2021-ci ildə isə 11 dövlət müəssisəsindən ümumilikdə 183,4 min manat vəsait daxil olmuşdur.
Hesabat ilində nizamnamə kapitalında dövlətə məxsus payları (səhmləri) olan hüquqi şəxslərin sayı 113 olmuş, nizamnamə kapitalı 153 milyon 53 min manat təşkil etmişdir. Dividend ödəmiş müəssisələr barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi üzrə hesabat illərində ümumilikdə dövlət büdcəsinə 370,8 min manat dividend ödənilmişdir. Bildirək ki, nizamnamə kapitalında dövlətin payı (səhmləri) olan hüquqi şəxslərin maliyyə vəziyyəti barədə məlumatlara əsasən, 2021-ci il üzrə dividend ödənişi etmiş bəzi müəssisələr 2020-ci il üzrə fəaliyyətini zərərlə başa vurmuşdur.
Dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə, ixtisaslaşdırılmış pul hərraclarında və özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi üzrə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə daxil olmuş vəsaitin əvvəlki illər üzrə icra göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir. (Marja)