Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.
Eləcə də bax: Neft Fondu bu il neft və qazdan 4,4 milyard dollar - QAZANIB
FED.az Palatadan verilən xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib.
Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb. (Apa)