Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 iyun 2022-ci il tarixinə olan Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər barədə məlumatları açıqlayıb.
Eləcə də bax: Neft Fondunun banklara satdığı dolların həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, 01.01.2022-01.06.2022 dövründə AÇG yatağından gəlirlər 3 milyard 828 milyon dollar, Şahdəniz yatağından (qaz və kondensat) 526 milyon 537 min dollar təşkil edib (cəmi 4 milyard 354 milyon 537 min dollar).
O cümlədən, ilk 5 ayda Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 144 milyon 522 min dollar təşkil edib.