Hesablama Palatasının bu il təqdim etdiyi illik hesabatda ilk dəfə əvvəlki illərdə olan zəif cəhətlər, təkmilləşməli bəndlər və onlar üzərində görülməli olan işlər barədə məlumat verilib.
“Doqquz ildir sədrəm, hələ bir dəfə də təklif verməmisiz”
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
"Hər bir auditlə bağlı pozuntu, təhrif və risklər göstərilib. Auditin iqtisadi, maliyyə və vətəndaşa təsiri 6 meyar üzrə hesablanıb", - deyə o qeyd edib.
"Ötən il ölkə rəhbərliyinin həm iqtisadi, həm də siyasi müstəvidə atdığı addımlar uğurla nəticələnib. Dünyada, eləcə də regionda artan geosiyasi gərginliklər fonunda ölkə daxilində sabitlik təmin edilib. Ölkənin iqtisadi və siyasi mənzərəsində müsbət tendensiyalara şahidlik etdiyimiz 2022-ci ildə Hesablama Palatası da bu prosesin tərkib hissəsi olaraq çalışlb, dövlət vəsaitlərinin və dövlət əmlaklarının qanunauyğun, məqsədyönlü və səmərəlli istifadəsinə dövlət nəzarətini həyata keçirib", - deyə sədr əlavə edib. (Report)