Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb.
FED.az xəbər verir ki, bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib.
Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.
Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.
Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. R. Bayramlının istefa ərizəsi təsdiqlənib. (Apa)