2023-cü ilin dövlət büdcənin icrasına dair hesabat təqribən may ayının ortalarına təqdim ediləcək.
Vüqar Gülməmmədov: "Ötən il dövlət büdcəsi 83,3 faiz icra edilib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 8 aprel tarixində keçirilən 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Hesablama Palatasının sədri bildirib ki, Maliyyə Nazirliyi artıq hesabatı Hesablama Palatasına təqdim edib: “Hesabat yoxlanır, hesabata rəy may ayının ortasına qədər hazır olacaq” deyə sədr əlavə edib.