2025-ci idə də maliyyə sahəsində çatışmazlıqların əksəriyyətinin büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlı olacağını proqnozlaşdırırıq.
"Ən çox çatışmazlıq büdcə qanunvericiliyi və satınalmalarla bağlıdır"
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
“Qeyd edildiyi kimi, pozuntuların əksəriyyəti büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır. Bu il də belə olacağını proqnozlaşdırırıq. Bu mənada ən böyük məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın ciddi şəkildə dəyilməsinə, yenilənməsinə ehtiyac var. İkincisi, fiskal intizam, məsuliyyətlə bağlıdır. Bunun əsas mənbələrindən biri də yeni hüquqi bazanın olmamasıdır. Köhnə hüquqi baza isə mövcud fəaliyyəti tam tənzimləyə bilmir”, - o vurğulayıb. (Report)