Aparılan auditlər göstərir ki, Azərbaycanda ən çox çatışmazlıq dövlət büdcəsi qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır.
Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı - VİDEO
FED.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, neft qiymətlərinin aşağı düşməsi fonunda hesabatlılığının artırılması lazımdır.
"Satınalmalarla bağlı qanun qəbul edilsə də, onun reallaşdırılması yetərli səviyyədə olmadığına görə bu sahədə çatışmazlıqlar kifayət qədərdir”, - deputat vurğulayıb.
Onun sözlərinə görə, hazırda qəzalı vəziyyətdə olan binaların və evlərin söküntüsü, onların yerinə yenilərinin tikintisi həyata keçirilir: “Bu məqsədlə dövlət vəsaitindən də istifadə olunacaq. Odur ki, qənaətli istifadə üçün qabaqlayıcı tədbirlər görülməlidir”.
Bundan başqa, deputat deyib ki, hazrda özəl şirkətlərin inşa etdiyi evlərin qiymətləri orta statistik Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinə uyğun deyil: “Bu mənzil təminatına təsir edir”. (Report)