Hesablama Palatasının 2022-ci ildə apardığı uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının məbləği 481,2 mln. manat olub.
Dövlətin payı olan 133 şirkətdən cəmi 11-i dividend ödəyib - ZƏRƏR İLƏ İŞLƏYİRLƏR
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə hesabatında bildirilir.
Hesabata görə, pozuntuların cəmi məbləği 481,2 milyon manat olub.
Bundan 131,3 milyon manat məbləğ barədə tədbir müəyyən edilib.
Daha dəqiqi 46,1 milyon manatın bərpası müəyyən edilib. 85,2 milyon manat məbləğlə bağlı isə digər tədbir müəyyən edilib.
349,9 milyon manat məbləğin bərpası üçün isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayıb.
Buraya bərpası mümkün hesab edilməyən, hüquq mühafizə orqanlarına göndərilən və digər maliyyə pozuntuları aiddir.