Xəbər verildiyi kimi, Azərbaycanda dövlət büdcəsinə planlaşdırılan dəyişiikliklər çərçivəsində büdcənin gəlirləri hissəsinin 3 milyard manat artırılması nəzərdə tutulur.
Dövlət büdcəsinə dəyişiklik ediləcək – NEFT 75 DOLLAR, VERGİ VƏ GÖMRÜK PLANI ARTACAQ
FED.az xəbər verir ki, artımın 500 milyon manatı Dövlət Gömrük Komitəsinin payına düşür.
Nəticədə Gömrük Komitəsi bu ilin sonunadək əvvəlcədən nəzərdə tutulduğu kimi 5,9 milyard manat deyil, 6,4 milyard manat vəsait toplayacaq.
Büdcədə neftin qiyməti 15 dollar artırılır – YENİ QANUN
«Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6 milyard 400 milyon manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500 milyon manat və ya 8,5 faiz çoxdur»-deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Nəticədə bu il dövlət büdcəsi gəlirlərinin 15 milyard 270 milyon manatı və ya 42 faizi Dövlət Vergi Xidmətinin, 6 milyard 400 milyon manatı və ya 17,6 faizi Dövlət Gömrük Komitəsinin, 12 milyard 781 milyon manatı və ya 35,1 faizi isə Dövlət Neft Fondundan transfertin payına düşəcək.