Gələn ilin dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 261,4 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Eləcə də bax: Problemli kreditlərin kompensasiyasına - 19 Mln. Manatadək Pul Ayrılacaq
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.
Proqnozlaşdırılan vəsait cari ilin icra göstəriciləri ilə müqayisədə 15,7 milyon manat və ya 6,4 faiz çoxdur. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz təşkil edəcək.