Gələn il dövlət büdcəsində Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün 9,5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur.
Eləcə də bax: Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi - 5,5%-ə DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi"ndə əksini tapıb.
Layihəyə əsasən, sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı xərclər üçün 9,3 mln. manat, toplam olaraq 18,8 mln. manat subsidiya nəzərdə tutulub.