“2021-ci ildə manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır”.
Eləcə də bax: Manatın dollar qarşısında dəyərdən düşməsi - Əsas Risklərdən Biridir
FED.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin xərclərində işğaldan azad edilən ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb: “Sosial sahə ilə bağlı büdcə xərcləri 38,9 faizə çatdırılıb. Ölkənin müdafiə qabiliyyətinin artırılması da təqdirəlayiq hesab edilib”. (Report)