Hüquqi şəxslərin depozitlərində dollarlaşma artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi Bankın 2025-ci ilin ilk yarısına dair hesabat təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, hüquqi şəxslərin depozitləri üzrə dollarlaşmada artım müşahidə edilib.
Direktor qeyd edib ki, hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3,7% artaraq 56, 2% təşkil etmişdir. Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 7,6% artaraq 42,9% olmuşdur. Hüquqi şəxlər üzrə dollarlaşmada əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin depozitləri əsasında formalaşmışdır.