Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings", Türkiyə iqtisadiyyatını qiymətləndirib.
FED.az xəbər verir ki, "Fitch" Türkiyənin kredit reytinqinin proqnozunu "sabit"dən "mənfi"yə (neqativə) dəyişib. Beləliklə, Türkiyənin kredit reytinqinin daha da aşağı düşməi riski artıb.
Türkiyənin 2021-ci il üçün iqtiasadi artım proqnozu 9,2%-dən 10,5%-ə yüksəldilib.
Türkiyənin kredit reytinqi "BB-" olaraq təsdiq edilib, ölkənin kredit reytiniqinin proqnozu "sabit"dən "mənfi"yə endirilib.
Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyasının təsirli olmağa başladığı 2020-ci ildə ümumi daxili məhsulunun (ÜDM) 1,8% olduğu xatırladılan açıqlamada, ölkə iqtisadiyyatının 2021-ci ildə isə 10,5% böyüməsinin təxmin edildiyi qeyd edilib. "Fitch", sentyabr ayında dərc olunmuş Qlobal İqtisadi Proqnozlar Hesabatında Türkiyə iqtisadiyyatının bu il 9,2% artacağını nəzərdə tutmuşdu.
Təşkilatın açıqlamasında, ölkə iqtisadiyyatına dair 2022-ci il artım proqnozunu isə 3,5%-dən 3,6%-ə yüksəldildiyinu qeyd edib.
Türkiyənin iqtisadi inkişafının, bənzərlərinə görə güclü olduğuna işarə edilən açıqlamada, ancaq ölkədə adambaşına düşən milli gəlirin dollar ilə ifadədə 2013-cü ildən bu yana azalma meylində olduğu qeyd edilib.
"BB-" reytinqi "sərmayə yatırıla bilər" səviyyəsindən də aşağıdır. Bu reytinq ölkənin mənfi maliyyə və iqtisadi şərtlərin yaratdığı qeyri-müəyyənliklər ilə üz-üzə olduğunu nəzərdə tutur. (Marja)