“Fitch Ratings” beynəlxalq agentliyi Türkiyədə yüksək inflyasiya və lirənin zəifliyinə əsaslanaraq bu ölkənin banklarına dair 2022-ci il proqnozunu azaldıb.
Eləcə də bax: "Türk lirəsi dəyər itirdikcə hökumət daha çox lirə çap etmək məcburiyyətində qalacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, agentliyin açıqlamasında göstərilir:
“Türkiyədə çətin əməliyyat şəraiti, daxili etimadın azalması, lirənin zəifliyi pul kredit siyasətinin qeyri-müəyyənliyi və yüksək inflyasiya ilə birlikdə makroiqtisadi və maliyyə sabitliyi üçün təhlükə yaradır”.
Burada bank sisteminə dövlət müdaxiləsi ehtimalının artdığı da qeyd olunur.
Türkiyədə az qala bütün bankların reytinqi “B” – “B+” səviyyəsində dəyərləndirilir.
Qeyd edək ki, bu ayın əvvəlində “Fitch” Türkiyənin əcnəbi valyutada uzunmüddətli Emitent Defoltu Reytinqinə (Emitent Default Rating – EDR) dair proqnozunu da sabitdən “BB-“ səviyyəsinədək azaltmışdı. Faiz dərəcəsi bir neçə dəfə azaldıldıqdan sonra ölkədə inflyasiya səviyyəsi noyabr ayında ötən ilin müvafiq dövrünə nisbətən 21,3 faiz olub, lirənin dollara qarşı məzənnəsi isə yanvardakı 7,4 TL/USD-dən dekabrda 18,4 TL/USD-dək geriləyib.