“Fitch Solutions” Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin sonuna kimi uçot dərəcəsini 6,75%-ə endirəcəyini proqnozlaşdırıb.
Eləcə də bax: “Manatın məzənnəsi sabit qalacaq”
FED.az xəbər verir ki, bu barədə "Fitch Solutions"un 2022-ci ilin yarımillik icmalında bildirilib.
Proqnoza əsasən, ilin sonuna kimi uçot dərəcəsi 1% bəndi aşağı salınacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini iyun 17-də yenidən 7.75% olaraq müəyyən edib. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb. AMB İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı isə iyulun 29-da açıqlanacaq.
Bundan əlavə, "Fitch Solutions" manatın məzənnəsinin 2022-ci ildə də dəyişməyərək 1,7 manat səviyyəsində proqnozlaşdırıb. (Apa)