“Manatın məzənnəsinin sabit saxlanılması davam edəcək”.
Eləcə də bax: Taleh Kazımov: Bank, sığorta və kapital bazarı üzrə yeni qanun layihəsi - HAZIRLANIR
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov mətbuat konfransında deyib.
“Geosiyasi və geoiqtisadi şəraiti, hal-hazırda tədiyyə balansının cari əməliyyat hesabının profisitini, ümumiyyətlə fiskal büdcənin profisitini, infilyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın mövqeyi sabit məzənnə rejimində davam etməkdədir”- deyə, T.Kazımov əlavə edib.
O bildirib ki, üzən məzənnə daha fundamental yanaşma tələb edir. (Apa)