Beynəlxalq reytinq agentliyi “Fitch”in hesablamalarına görə, Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələnin iqtisadi ziyanı 4 milyard dolları keçə bilər.
Zəlzələ üzrə ekspert: «Dağılan binaların əksəriyyəti 1998-ci ildən əvvəl tikilib»
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti” yazır.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
“Vəziyyət inkişaf etdikcə iqtisadi itkiləri qiymətləndirmək çətindir, lakin onların 2 milyard dolları ötməsi və 4 milyard dolları keçməsi ehtimalı var”, – hesabatda deyilir.
Eyni zamanda, agentlik təbii fəlakətdən zərər çəkmiş ərazilərin sığorta təminatının aşağı olmasına işarə edərək, sığortalanmış itkilərin həcmini 1 milyard dollar səviyyəsində qiymətləndirir.
Türkiyənin cənub-şərqində və Suriyanın şimalında, episentri Qaziantep şəhəri yaxınlığında, 7.8 bal gücündə ən güclü zəlzələ fevralın 6-da səhər tezdən baş verib. İkinci ən güclü 7.6 bal gücündə daha sonra Kahramanmaraş vilayətində baş verən təkan olub. Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Adelhayd Marşanq Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, iki ölkədə 23 milyon insan zəlzələdən zərər çəkə bilərdi. Türkiyədə faciə 14 014 nəfərin ölümünə, 63 794 nəfərin yaralanmasına səbəb olub.