Banner

Maliyyə

"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində - TƏSDİQ EDİB

"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində - TƏSDİQ EDİB | FED.az
11:18 18 İyul 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzun müddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"yə saxlayıb.

Eləcə də bax: «Fitch Ratings» Türkiyənin İzmir şəhərinə AAA səviyyəsində - REYTİNQ VERİB 

FED.az xəbər verir ki, Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balansları, büdcə maliyyələşdirilməsinin çevikliyini və 19% səviyyəsində olan aşağı dövlət borcunu əks etdirir.

Reytinq üzrə "mənfi" proqnoz isə Azərbaycanın xarici buferlərinin və pozulan makroiqtisadi tənzimləsinin neftin qiymətlərinin enməsindən və COVID-19 pandemiyasından alınan ağır zərbləri əks etdirir.

Azərbaycanın reytinqinin gələcəkdə aşağı sala biləcək faktorlar arasında “Fitch” makroiqtisadi sabitliyi pozan iqtisadi siyasət çərçivəsindəki baş verə biləcək bəzi hadisələri, məsələn, suveren xarici balansının sürətli pozulması və ya manatın məzənnəsinin nizamsız şəkildə devalvasiyasını göstərir. Bundan əlavə, reytinqə davamlı olaraq aşağı neft qiymətləri və ya uzun müddət davam edən xarici şoklar mənfi təsir edə bilər ki, bu da öz növbəsində iqtisadiyyata, bank sektoruna, maliyyə sektoruna və ya xarici mövqeyə ciddi mənfi təsir göstərə bilər.

Agentliyə görə, manatın devalvasiyası ehtimalını azalda biləcək yuxarı neft qiymətləri, dövlətin konsolidasiya edilmiş büdcə kəsirini azalda biləcəyi, maliyyə aktivlərini qoruyub saxlaya biləcəyi əminliyi və dövlət borcunun ÜDM-yə olan aşağı nisbəti müsbət reytinq dəyişikliyinə gətirib çıxara bilər. 

Digər xəbərlər

Banner