Fitch Ratings agentliyi Türkiyənin böyük turizm və sənaye bölgəsi sayılan İzmirə ən yüksək - AAA səviyyəsində kredit reytinqi verib.
Eləcə də bax: Türkiyədə hamı kreditlə ev alır – TARİXİ REKORD
FED.az xəbər verir ki, bu barədə İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer açıqlama verib. O beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings tərəfindən edilən qiymətləndirmə nəticəsində bələdiyyələrin uzunmüddətli milli kredit reytinqinin ən yüksək səviyyədə olan AAA olaraq təsdiqləndiyini açıqlayıb.
İzmir parlamentində çıxış edən Soyer bildirib ki, bir qədər əvvəl açıqlanan Türkiyənin 500 ən böyük sənaye müəssisəsinin 62-si İzmirdədir. Və İzmir bu göstəriciyə görə, ölkədə İstanbuldan sonra ikinci yeri tutur: «Bu müvəffəqiyyətə böyük töhfə verən sənayeçilərimizə təşəkkür edirəm».