"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır.
Eləcə də bax: "Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində - TƏSDİQ EDİB
FED.az xəbər verir ki, bu proqnoz Azərbaycan üçün neftin itkisiz qiymətinin (break-even oil price) bir barelə görə 50,7 dollar səviyyəsində olacağı nəzərə alınaraq verilib.
Agentliyin digər proqnozuna əsasən, ölkənin dövlət borcunun ÜDM-ə nisbəti bu ilin sonuna 23%-ə qədər artacaq, lakin 2022-ci il üçün enərək 19% təşkil edəcək.
Qeyd edək ki, ötən il icmal büdcəsinin profisiti 7,343 mlrd. manat və bu ÜDM-in 9%-ə bərabər olub, xarici dövlət borcu isə 15,455 mlrd. dolar və ya ÜDM-in 18,9%-ni təşkil edib.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 12,8% təşkil edəcəyini proqnozlaşdırır. (Apa)