"Maliyyə xidmətləri üzrə rəqəmsallaşmanın genişləndirilməsi daha bir önəmli nüansın, məhz qeyri-rezidentlər üçün bank xidmətlərinin elektron şəkildə əldə olunması və nəticə etibarı ilə ölkədə əlverişli ekosistemin formalaşdırılması, investisiya qoyuluşlarının sürətinin artımı üçün müvafiq imkanlar yaradılmalıdır".
Eləcə də bax: Son bir ayda şirkətlər 3 mindən çox -Bank Hesabı Açıblar
FED.az xəbər verir ki, bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.
F.Osmanovun sözlərinə görə, qeyri-rezidentlər Azərbaycan banklarından da hesab aça bilər:
"Bu təcrübə ilk dəfə 2014-cü ildə mobil və elektron rezident layihəsi çərçivəsində Estoniyadan başlayıb. Bu tarixdən etibarən məhz 73 mindən çox qeyri-rezident Estoniyanın virtual rezidentinə çevrilib. Bu virtual rezidentlərin 20 %-i bu gün elektron bank xidmərlərinə çıxış əldə edib.
Təbii ki, Mərkəzi Bank olaraq bu istiqamətdə də davamlı olaraq işlər həyata keçirilir. Məhz cənab Prezidentimizin bəlli sərəncamı ilə 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə dövlət proqramı aktiv icra edilib. Həmin dövrdə tərəfimizdən infrastruktur layihələri realizə olunub və sözügedən platformaların yaradılması və təkmilləşdirilməsi işləri həyata keçirilib.
Həmçinin qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması imkanları yaradılıb”. (Report)