Bu gün Ermənistan Mərkəzi Bankının iclası keçirilib.
Eləcə də bax: Ermənistanda ərzaq bahalaşır - Dram Ucuzlaşır
FED.az xəbər verir ki, iclasda ölkənin milli valyutası - dramın getdikcə dəyərdən düşdüyü nəzərə alınaraq uçot dərəcəsinin 1 faiz bəndi artırılmasına - 4,25%-dən 5,25%-ə çatdırılmasına qərar verilib.
Bu, 2020-ci ildə Ermənistanda ilk faiz artımıdır. Bundan əvvəl tənzimləyici qurum il ərzində uçot dərəcəsini 4 dəfə azaldıb, sonuncu dəfə sentyabrın 15-də 4,5%-dən 4,25%-ə endirib.
Xatırladaq ki, 2-ci Qarabağ müharibəsi erməni dramının məzənnəsinə təsirsiz ötüşməyib. Azərbaycanın əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-dən bəri qonşu ölkənin milli valyutası 8,25% ucuzlaşıb, Ermənistanda ABŞ dollarının məzənnəsi 485 dramdan 525 drama çatıb. (Report)