Xəbər verildiyi kimi, bu gün Türkiyə prezidenti Nazirlər Kabinetinin bugünkü iclasından sonra iqtisadiyyatla bağlı açıqlamalar verib.
Ərdoğan lirəni necə qoruyacağını açıqladı – MÜHÜM AÇIQLAMALAR
FED.az xəbər verir ki, Ərdoğan valyuta məzənnəsindəki artım səbəbindən əmanətçilərin TL depozit hesablarından pul çəkməsinə qarşı “yeni maliyyə alternativi” təqdim etdiklərini açıqlayıb:
"Vətəndaşımızın bankdakı TL aktivi məzənnə artımından yüksək olarsa, o, bu gəliri əldə edəcək. Məzənnə gəliri depozit qazancından yüksək olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək. Bu gəlirdən vergi tutulmayacaq».
Ərdoğanın açıqlamasından əvvəl 18,36 səviyyəsinə qalxan dollar/TL məzənnəsi, açıqlamadan sonra 12,3-ə düşüb.
Sonradan lirə bir qədər zəifləyib və Bakı vaxtı ilə saat 8-36-da 1 dollar 13,56 TL-yə dəyişdirilir.