Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin dollar qarşısında ucuzlaşmasını dayandırmaq barədə hökumətin planını açıqlayıb.
Qeyd edək ki, bu açıqlama ərəfəsində dolların məzənnəsi 18 lirnəni keçmişdi.
İş adamları Ərdoğana qarşı çıxdı, prezidentdən cavab: «Ey TÜSİAD...
FED.az-ın məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin İclasından sonra verdiyi açıqlamada bildirib ki, hökumət məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlaram yeni maliyyə alternativi təklif edir: «Bu yeni alət aşağıdakı kimi işləyəcək camaatımızın əmanət gəlirləri məzənnə artımından yüksək olarsa, bu gəliri əldə edəcəklər, məzənnə gəliri əmanət gəlirlərindən yuxarı olduqda isə fərq birbaşa vətəndaşlarımıza ödəniləcək. Bu gəlir vergidən azad ediləcək».
«Bundan sonra heç bir vətəndaş sırf məzənnə yüksək olacağı üçün əmanətlərini TL-dən xarici valyutaya köçürməyə ehtiyac duymayacaq»-deyə Ərdoğan bildirib.
Prezident bildirib ki, paralel olaraq xarici əməliyyatlar aparan türk şirkətlərinə dəstək də veriləcək. «Valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracatçı şirkətlərimizə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək. Məzənnə fərqi ixracatçı şirkətimizə TL ilə ödəniləcək»-deyə Ərdoğan bildirib.
Prezident bildirib ki, ölkədə maliyyə durumunu sabitləşdirmək üçün qızıl ehtiyatlarından istifadə ediləcək. Belə ki, hazırda Türkiyədə 5 min ton qızıl var: «Məlumdur ki, ölkəmizdə yastığın altında dəyəri 280 milyard dollar olan 5 min ton qızıl var. Bu qızılları maliyyə sisteminə daxil etmək və iqtisadiyyata gətirmək üçün bazarın maraqlı tərəfləri ilə birlikdə yeni alətlər hazırlanacaq».
Paralel olaraq kredit zəmanət fondunun dəstəyi ilə uzunmüddətli məşğulluğun qorunması və biznesə dəstək kreditləri veriləcək.
Ərdoğan faiz dərəcələrini artırılıb azaldılması ilə bağlı səslənən fikirlərə də münasibət açıqlayıb. O bildirib ki, inkişaf etmiş ölkələr, maliyyə ekspansiyası etmək məqsədilə öz ölkələrində faiz dərəcələrini çox aşağı, hətta mənfi həddə saxlayırlar.
«Dünya iqtisadiyyatının 80 faizini təşkil edən qlobal güclər yaxın tarixin ən böyük mübarizəsini aparır. Bütün böyük iqtisadiyyatların məqsədi öz ölkələrində məşğulluğu qorumaqdır.
Vəhşicəsinə pul çap edən, faiz dərəcələrini sıfıra, hətta mənfiyə yaxın saxlayan, mərkəzi bank balansını az qala milli gəlir səviyyəsinə qaldıran bu ölkələr qeyri-müəyyənlik bataqlığından çıxa bilməyəcəklərini bildirirlər».
Faizi artırmağı təklif etmək insanları ələ salmaqdır
Avropa ölkələri avroya keçid zamanı bir gecədə öz valyutalarını 50 faiz ucuzlaşdırıb. Hökumətlərimiz dövründə göstərdiyimiz səylər və fədakarlıqlar sayəsində sənayemizi yaşada, ticarətimizi və ixracımızı inkişaf etdirə bildik. «Dünya 90 trilyon dolları xalqa məxsus olan 220 trilyon dollardan çox borc bataqlığında üzdüyü halda, Türkiyəyə faiz artımı tətbiq etmək insanların beynini ələ salmaqdan başqa bir şey deyil»-deyə Ərdoğan bildirib.