Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” ödəniş sistemi ilə bağlı məsələni müzakirə etmək üçün bu gün yüksək səviyyəli görüş keçirə bilər, bu barədə “Reuters” məlumat yayıb.
“Ərdoğan cümə günü Rusiyanın “Mir” ödəniş sistemi və mümkün Qərb sanksiyalarını müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirəcək”, – deyə agentlik yazıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu həftə Türkiyədə “Mir” kartları ilə bağlı problemlər yaranıb. Rusiya Tur Operatorları Assosiasiyası bu ödəniş sisteminin kartlarını qəbul edə bilən bankomat və mağazaların sayının azaldığını bildirib.
Xüsusilə, Türkiyənin iki bankı “Isbank” və “Denizbank” ABŞ-ın sanksiyaları təhlükəsiz səbəbindən bu həftə “Mir” kartlarından istifadəni dayandırıb. Sentyabrın 15-də ölkənin Maliyyə Nazirliyi Rusiyadan kənarda “Mir” ödəniş sistemindən istifadəni dəstəkləməyə görə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirən sənəd dərc edib.