2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 1,212 milyon manat gəlir əldə edib.
Əmlak Məsələləri Dövlət Xidməti ötən il 62 milyon manatadək gəlir əldə edib
FED.az xəbər verir ki, bunun 1,077 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.
Qurumun birja əməliyyatlarından gəlirləri 135 min manat təşkil edib.
Ötən il qurumun xərcləri isə 1,132 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 888 min manat, sərf edilmiş materialların dəyəri 21 min manat, amortizasiya xərcləri 62 min manat, sair əməliyyat xərcləri isə 161 min manat olub.(report)