“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilir.
FED.az-ın məlumatına görə, müvafiq qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov təqdim edib.
ELƏCƏ DƏ BAX: Azərbaycan əhalisi dövlətdən adambaşına 67-100 manat qazanacaq – YENİLİK
Xatırladaq ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət martın 4-də bitəcəyinə görə, onun daha 1 il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.
Əmanətlərin tam sığortalanması müddəti artırılır – QANUNA DƏYİŞİKLİK
18:42
15 Fev 2019