Kassa çekləri və posterminallardan keçən ödənişlərə görə, ƏDV-nin 10-15%-nin geri qaytarılması ilə bağlı yeniliyə əsasən, hər bir Azərbaycan vətəndaşı il ərzində dövlət büdcəsindən orta hesabla 350 manat ödəniş alacaq.
Bu FED.az əməkdaşlarının apardığı hesablamalar nəticəsində məlum olub.
Xatırladaq ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-cu ildən başlayaraq kassa çeki və plastik kartla aparılan ödənişlər zamanı ödənilən ƏDV-nin 10-15%-i (kassa çekində 10%, kartla əməliyyatlarda 15%) vətəndaşlara qaytarılacaq.
Eləcə də bax: Tələbə kredit sistemi də işə düşür- AÇIQLAMA
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2018-ci ildə Azərbaycanda pərakəndə satış dövriyyəsi 37,1 milyard manat təşkil edib. Bu məbləğə hesablanan ƏDV-nin ümumi məbləği 6,678 milyard manat təşkil edir. Qanunvericiliyə əsasən əməliyyatın formasından asılı olaraq həmin məbləğin 10-15%-i, yəni ümumilikdə 668 milyon manat - 1 milyard manat vətəndaşlara qaytarılmalıdır. Ölkə əhalisinin sayının 10 milyon nəfər ətrafında olduğunu nəzərə alsaq, bütün əməliyyatların kassa çeki və kartlar aparıldığını qəbul etsək, adambaşına 67-100 manat ƏDV qaytarılacaq.
Hesablamalarla daha ətraflı buradan tanış olmaq mümkündür.