Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub.
Fonddan FED.az-a verilən məlumata görə, Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
Eləcə də bax: “Rabitəbank”da - Yeni Təyinat
Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavar dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2015 – 2017 – ci illərdə isə ADA Universitetində və Hollandiyanın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirmişdir. Əlavə olaraq, C.Rayi 2018 – ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olmuşdur.
Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışmışdır. C.Rayi son təyinata qədər isə “XalqBank” ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərmişdir.