“Rabitəbank” ASC-nin Maliyyə monitorinqi şöbəsinə yeni müdir təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Elvin Məmmədovdur.
E.Məmmədov, 2021-ci ilin iyun ayına qədər “Azər Türk Bank” ASC-də şöbə müdiri kimi çalışırdı.
Qeyd edək ki, o, 2005-2011-ci ildə Türkiyədə Ege Universitetində bakalavr dərəcəsinə yiyələnmişdir.