Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub.
Eləcə də bax: Əmanətlərin Sığortalanması Fondunda - Yeni Təyinat
Azər Əmirov Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Fonddan FED.az-a daxil olmuş məlumata görə, Azər Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurmuşdur.
A.Əmirov 2002-cilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçmiş, 2011-2013-cü illərdə əmək fəaliyyətinə “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları və Hüquq şəbəsinin rəhbəri olaraq davam etdirmişdir. 2013-cü ildən isə fərdi qaydada hüquqşunaslıq işini davam etdirməklə, 2014-2017-ci illərdə “Pozitiv Consulting” MMC-nin direktoru vəzifəsində çalışmışdır.