Ötən il Əmanətlərin Sığortalanması Fondunun aktivləri kəskin artıb.
FED.az Fondun audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda 87 milyon 462 min manat olmuş cəmi aktivlər 2017-ci ilin sonunda 991 milyon 445 min manata çatıb. Aktivlərin artmasının səbəbi 789 milyon 152 min manatlıq dövlət vekselləridir. Fond bu vekselləri nağd pula çevirir.
Eləcə də bax: Əmanətlərin Sığortalanması Fondu məhkəmədə uduzub
Ötən il Əmanətlərin Sığortalanması Fondunun cəmi öhdəlikləri 594 milyon 919 min manatdan 85 milyon 676 min manata geriləyib.
Fond yığılmış sığorta ehtiyatlarını itirib, hətta 472 milyon 934 min manat kəsir yaranıb. Kəsir fondun 1 milyard 334 milyon manatlıq ödənilmiş kapitalı hesabına bağlanıb. Həmçinin kəsir Fondun zərərdə olduğuna işarədir.
Fond mənfəət və zərər hesabatını dərc etməyib. Bu səbəbdən FOndun gəlirləri və xərcləri barədə məlumat təqdim edə bilmirik.