Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv edilən banklardan birinin əmlakının qiymətləndiriləsi ilə bağlə məhkəmə prosesində qarşı tərəfə uduzub. FED.az xəbər verir ki, fond bu məhkəmədə fəaliyətini dayandırmış Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi qismində iştirak edib, cavabdeh isə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC olub.
İddiaçı olaraq Fond qarşı tərəfdən əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsini istəyib, amma həm birinci instansiya, həm də Apellyasiya məhkəməsi bu iddianı rədd edib.
Maraqlıdır ki, ƏSF adı çəkilən məhkəmənin predmetini açıqlamaqdan imtina edib. FED.az-ın sorğusuna cavab olaraq fonddan bildirilib ki, bu barədə məlumat verilməyəcək.
Eləcə də bax: “Borcum olduğu üçün istədim məni tutsunlar” - BANK YARAN
"Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti"ndə isə Fondla belə məhkəmənin olduğunu təsdiqləyiblər. Şirkətdən bildirilib ki, belə tərəflərdən hansının məhkəməyə müraciət etməsindən asılı olaraq bu iddiaların səbəbi fərqli olur
«Əgər tələbkar tərəf qiymətləndiricini məhkəməyə verirsə, deməli o əmlakın qiymətni aşağı slamaq istəyir. Əgər məhkəməyə cavabdeh verirsə, vaxt udmaq niyyətindədir»-deyə MMC-dən bildirilib.
Şirkətdən etiraf ediblər ki, vaxtilə banklar kredit verdikdə götürdükləri girovların qiyməti daha yüksək idi. İndi isə həmin girovlar ucuzaşıblar. Amma onların indiki, yəni real qiymətlə qiyətləndirilməsi bəzən tərəflərə üçün sərfəli olmur, ona görə də qiymətləndirmə şirkətlərinin məhkəməyə verilməsi halları geniş yayılıb: «Bəzən isə qarşı tərəfdə pul olmadıqda sadəcə vaxt udmaq üçün məhkəməyə müraciət edilir»-deyə MMC-də bunu da bildiriblər.