“Cari ildə də maliyyə sektorunun kapitallaşdırılması davam etdirilib”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov deyib ki, son iki ildə vaxtı keçmiş kreditlər 10 %-dən 5 %-dək azalıb: “İstehlak kreditləşməsi də artıb. Buna bizdə ikili yanaşma var. İstehlak kreditləşməsinin fəallığı sələmçilik kimi kölgə iqtisadiyyatına mane olan əsas göstəricidir. Bütövlükdə istehlak kreditləri üzrə orta faizlərdə azalma müşahidə edilir. Bunu biznes kreditlərinə də aid etmək olar”.