2021-ci ilin yanvar-avqust aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 4,7% - 8 milyard 559,1 milyon manatadək artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,8% - 3 milyard 828,1 milyon manatadək və ya bütün əmanətlərin 44,7%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).
8 ay ərzində əhalinin milli valyutada əmanətlərinin həcmi 17,5% - 4 milyard 731 milyon manatadək (bütün əmanətlərin 55,3%-i) artıb.
31 avqust 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 261,5 milyon manat, qeyri-rezidentlərin – 297,6 milyon manat təşkil edir. Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 4,6%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 6% artıb.
Avqustun 31-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 791,9 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 4,8% çoxdur. (İnterfaks)