Son aylarda Azərbaycanda əhalinin dollara marağı artmış kimi nəzərə çarpır, lakin 5-ci aydır ki, alış satışı üstələyir.
Eləcə də bax: Azərbaycanın strateji valyuta ehtiyatları - 53 Milyard Dolları Keçib
FED.az Banker.az-a istinadən xəbər verir ki, əhali cari ilin avqustunda əhali tərəfindən banklara 124.02 mln. ABŞ dolları satılıb. Bu da öncəki ayla müqayisədə 4.1% artmışıdır.
Əhali tərəfindən banklardan 95.34 mln. ABŞ dolları alıblar. Mübadilə əməliyyatlarındakı göstəricilərdə ABŞ dollarına olan alışın həcminin 1.2% artmışdır.
Bununla da əhali ilə banklar arasında alış-satışda 28.68 mln. ABŞ dolları fərq ortaya çıxır.
Artıq apreldən etibarən əhalinin əllərindəki nağd dolların banklara satışı alışı üstələməkdədir. Göründüyü kimi, son 5 ayda əhalinin “yastıq altında” qalan dolları da artıq bankın kassalarında dövriyyə girir.
Eyni ilə fərq ilin əvvəlindən avqusta qədər tarixdə də müşahidə edilməkdədir. Məsələn, 2020-ci ilin yanvar-avqust ayları ərzində banklar əhalidən 747.07 mln. ABŞ dolları almış, 2 625.13 mln. dollar satmışdılar. Həmin zamanda aradakı fərq 1 878.06 mln. dollar olmaqla əhaliyə idi axın istiqaməti.
2021-ci ildə isə statistika siyahılarında satış ilə alış arasındakı fərqin azaldığını görürük. Bu il banklar əhalidən 931.93 mln. ABŞ dolları aldıqları halda, onlara 1 102.53 mln. dollar satmışlar.
Banker.az analtikləri hazırkı tendensiyanı nəzərə alaraq bildirir ki, bu ilin sonuna əhalinin banklara satdıqları nağd dolların, banklardan aldıqlarından üstün ola biləcəyi üçün böyük potensial şərait var.