2021-ci ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,1% - 8 milyard 838,1 milyon manatadək artıb.
Eləcə də bax: Ev təmiri və avtomobil kreditlərinin - FAİZLƏRİ DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,2% - 3 milyard 853 milyon manatadək və ya bütün əmanətlərin 43,6%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).
9 ay ərzində əhalinin milli valyutada əmanətlərinin həcmi 23,8% - 4 milyard 985,1 milyon manatadək (bütün əmanətlərin 56,4%-i) artıb.
30 sentyabr 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 517,3 milyon manat, qeyri-rezidentlərin – 320,8 milyon manat təşkil edir. Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 7,8%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 14,2% artıb.
Sentyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 25 milyard 705,5 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 8,6% çoxdur.