Azərbaycanda istehlak kreditlərinin bəzilərinin illik faiz dərəcələri düşüb.
Eləcə də bax: Azərbaycanda avtomobil almaq üçün kreditlər - 3 DƏFƏ AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir. Bu göstərici 30 sentyabr 2021-ci il tarixinə bildirilir.
Məlumata görə, manatda olmaqla son üç ayda yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin illik faiz dərəcəsi respublika üzrə ortalama 22%-dən 20%-ə qədər, avtomobil kreditlərinin isə 19%-dən 18%-ə qədər düşmüşdür.
Kredit kartı vasitəsilə verilən kreditlərin ilik faiz dərəcəsi ortalama 25%-də (ötən ilin müvafiq dövründə 23%), məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 21%-də (22%) sabit qalıb.