Əfqanıstanın milli valyutası (əfqani) iki gündə ABŞ dolları qarşısında 23,5% möhkəmlənib.
Eləcə də bax: Əfqanıstanda xarici valyutaların istifadəsinə - QADAĞA QOYULUB
FED.az xəbər verir ki, bu barədə cümə axşamı yerli "Tolo News" telekanalı valyutadəyişmə məntəqələrinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, çərşənbə axşamı Əfqanıstanda ABŞ dolları 123 əfqani olub, bəzi hallarda isə 130 əfqaniyə çatıb. Çərşənbə günü isə 1 dollara 102 əfqani, cümə axşamı isə 94 əfqani verilib. Beləliklə, cümə axşamı əfqan valyutası çərşənbə axşamına nisbətən 23,5% möhkəmlənib.
Əfqaninin möhkəmlənməsinə səbəb olaraq - dollar qaçaqmalçılığının qarşısının alınması üçün valyutadəyişmə məntəqələrinin Əfqanıstan Mərkəzi Bankı (MB) ilə koordinasiyada səyləri göstərilir.
Əgər avqustun əvvəlində 1 dollara 79 əfqani verirdisə, o zaman ölkədə hakimiyyəti Taliban hərəkatı ələ keçirdikdən sonra milli valyuta tədricən ucuzlaşmağa başladı. Avqustun sonunda Taliban əfqanlara nağd pul çıxarmaq üçün həftədə 200 dollar limit qoyub, sonra isə onu 400 dollara qaldırıb. Əfqanıstanın son zamanlar zəifləməsi fonunda Taliban ölkədə ABŞ valyutasının alqı-satqısını tamamilə qadağan edib. Lakin onların gördüyü tədbirlərə baxmayaraq, Əfqanıstanda iqtisadi vəziyyət hələ də son dərəcə ağırdır. Bu, əsasən, Talibanın dövlət ehtiyatlarının yalnız cüzi hissəsinə (9,4 milyard dollar) çıxış əldə etməsi ilə bağlıdır, çünki onların əhəmiyyətli bir hissəsi ABŞ tərəfindən dondurulub. (Marja)