Əfqanıstanın baş nazirinin müavini Əbdül Salam Hənəfi ölkədə xarici valyutaların istifadəsinə qadağa qoyulduğunu elan edib.
Eləcə də bax: Taliban Əfqanıstanın keçmiş məmurlarından - 16 Mln. Dollar Müsadirə Edib
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Həfi əhalini gündəlik həyatlarında yalınız milli valyutadan (əfqani) istifadə etməyə çağırıb.
O, Əfqanıstana qaçaqmalçılıq yolu ilə ABŞ dollarının keçirilməsinin cinayət olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Nazirlər Kabinetinin iclasında Hənəfi iqtisadi komissiyaya Əfqanıstan valyutasının dollara nisbətdə məzənnəsinin düşməsi problemini həll etmək üçün addımlar atmağı tapşırmışdı.
Məlumat üçün bildirək ki, hazırda 1 dollar 112 əfqaniyə bərabərdir. Bir ay əvvəl isə bu nisbət 92 əfqaniyə bərabər idi.
Qeyd edək ki, bundan əvvəl Taliban və Əfqanıstan Mərkəzi Bankı banklardan çıxarılan dollarların həcminə məhdudiyyət qoyub.