Əfqanıstandakı siyasi böhran, ölkədə hakimiyyət dəyişikliyi və «Taliban»ın hakimiyyətə gəlişi nəticəsində milli valyuta bir qədər də dəyərdən düşüb.
Əfqanıstanın ABŞ banklarındakı dövlət ehtiyatları dondurulub
FED.az xəbər verir ki, xüsusilə ölkənin Mərkəzi Bankının sədrinin Əfqanıstanı tərk etməsindən sonra milli valyuta rekord həddə aşağı düşüb. «Bloomberg»in məlumatlarına görə, yerli valyuta olan «Əfqani»nin məzənnəsi 4,6% aşağü düşərək 1 dollara qarşı 86,0625 olub.
Mərkəzi Bankdan bildirilib ki, ABŞ-dan daha dollar gəlməyəcək və bu bəyanatın özü daha böyük panika yaradıb.
Xatırladaq ki, ABŞ hökuməti Əfqanıstan Mərkəzi Bankının ABŞ banklarında saxlanan vəsaitlərini dondurub. Bu ilin aprelinə olan məlumata görə, Əfqanıstanın 9,4 milyard dollar beynəlxalq ehtiyatları vardı.