ABŞ administrasiyası 15 avqust tarixində Əfqanıstan hökumətinin Amerika banklarında olan dövlət ehtiyatlarını dondurub. Bunda məqsəd radikal “Taliban” hərəkatının nümayəndələrinin bu ehtiyatlara daxil ola bilməsinin qarşısını almaqdır.
Banklar insanların pullarını vermədi - ATƏŞ AÇILDI
FED.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb.
Qəzet yazır ki, söhbət milyardlarla dollardan gedir. Bu məlumata görə, qərar ABŞ-nin maliyyə naziri Canet Yellen tərəfindən qəbul edilib və ABŞ Dövlət Departamenti də bu addımın müzakirəsində iştirak edib.
“Əfqanıstan hökumətinin mərkəzi bankının ABŞ-dəki aktivləri “Taliban”a verilməyəcək”, - deyə qəzet ABŞ administrasiyasının nümayəndəsinin sözlərindən sitat gətirib.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonunda 9,4 milyard dollar təşkil edirdi.(APA)