Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu ilin mart ayından etibarən Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.
Eləcə də bax: Azərbaycanda əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi - 39% AZALIB
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bunun üçün də cari ilin may ayında xarici vətəndaşların ölkədə bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 24,3 mln. manat təşkil edib. Ümumilikdə isə, 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 256 mln. manat təşkil edib. (Apa)